Çində “ağıllı” restoran istifadəyə veriləcək 2017-01-09 17:56:59 / KONFRANSLAR

Çində yerləşən “KFC” restoranlar şəbəkəsi və yerli veb-xidmətlər provayderi “Baidu” gələcəyin restoranının yaradılması üzərində işləyirlər. Pekində istifadəyə veriləcək yeni “ağıllı” kafenin özəlliyi ondan ibarətdir ki, burada müştərinin sifariş etməyinə ehtiyac yoxdur. Belə ki, sifətin tanınması sistemi insanın üz ifadəsinə görə onun hansı qidanı sifariş etmək istədiyini “anlayacaq”.

 

psm7.com saytının məlumatına görə, “KFC” kassalarında quraşdırılmış müasir skanerlər müştərinin cinsi, yaşı və əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək. Restoran operatorlarının fikrincə, bu məlumatlar sifarişin nədən ibarət olacağını təxmin etmək üçün kifayətdir.

 

Bundan başqa, restoran tədricən daimi müştərilərin məlumat bazasını yaradacaq. Bu, alıcının əvvəlki sifarişlərinə əsaslanaraq onun istəklərini daha dəqiq müəyyən etməyə imkan verəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024