İnstitutun şöbə müdiri nüfuzlu beynəlxalq jurnallarla əməkdaşlıq edir 2017-01-09 17:50:10 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev uzun illərdir ki, kompüter elmləri sahəsində nüfuzlu jurnallarla əməkdaşlıq edir. Alim data mining, Big Data, elmmetriya və digər sahələrdə əldə etdiyi yeniliklərin nəşri ilə yanaşı, beynəlxalq jurnallara təqdim olunmuş məqalələrin resenziya prosesində də fəal iştirak edir.

 

“Elsevier”in nəşr etdiyi bir sıra elmi jurnalların redaksiya heyəti tərəfindən bu əməkdaşlıq yüksək qiymətləndirilmiş və bununla əlaqədar olaraq R.Alıquliyevə müvafiq sertifikatlar təqdim olunmuşdur.

 

Sertifikatlar “Applied Soft Computing Journal”, “Knowledge-based Systems”, “The Journal of Systems and Software” və “Computers and Education” jurnalları tərəfindən təqdim olunmuşdur. Qeyd edək ki, bu jurnallar “Thomson Reuters”in “Web of knowledge” və  “Elsevier”in “Scopus” elmi bazalarında yüksək istinad indeksi almışdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024