“LG Electronics” şirkəti Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək “İstehlak Elektronikası Sərgisində” (CES 2017) “TONE” seriyasının bir sıra yeni audioqurğularını nümayiş etdirəcək. Belə ki, şirkət ilk dəfə olaraq “LG TONE Studio” (HBS-W120 modeli) şəxsi daşına bilən audiosistemini təqdim edəcək. Bu sistem bir neçə istiqamətə yönələn səslənməni təmin edən dörd səsyayanla təchiz edilib. Qurğu “DTS” şirkətinin mütəxəssislərinin dəstəyi ilə hazırlanıb.
3dnews.ru saytının məlumatına görə, bundan başqa, sərgidə simsiz stereofonik “TONE Free” (HBS-F110 modeli) dəstinin da təqdim olunması planlaşdırılır. Bu dəst boyunda daşıma üçün nəzərdə tutulmuş boyunbağıda bərkidilən çıxarılabilən qulaqcıqlardan ibarətdir. Bu boyunbağı qulaqcıqların batareyalarının yenidən yüklənməsini təmin edir.
Qeyd edək ki, “LG” pavilyonunda digər yenilikləri də görmək mümkün olacaq. Bunlara misal olaraq, “ProBeam” yığcam lazer proyektoru və 4K Ultra HD, geniş dinamik diapazona malik 32 düymlük monitorunu göstərmək olar.