Görmə qabiliyyətini itirmiş insanlar üçün "ağıllı" əl ağacı 2016-12-05 11:22:08 / KONFRANSLAR

Böyük Britaniya istehsalçıları görmə qabiliyyətini itirmiş insanlar üçün "ağıllı" əl ağacının prototipini hazırlayıblar. MySmartCane adlı qurğu 3D-printerdə çap edilmiş tənzimləyici və korpusdan ibarətdir.

 

naked-science.ru saytının məlumatında bildirilir ki, əl ağacına quraşdırılmış ultrasəs tənzimləyicisi məsafəni izləyir. Məsafə azaldıqca səs siqnalı adi qulaqlıq vasitəsilə ötürülür.

 

İstehsalçının sözlərinə görə, əl ağacının təkmilləşdirilmiş variantında səs siqnalının vibrasiya ilə əvəz edilməsi nəzərdə tutulur. Bu üsul insanların çox olduğu ərazilərdə daha yaxşı nəticə verəcək.

 

Xatırladaq ki, tamamilə görməyən və zəif görən insanlar ictimai yerlərdə istiqaməti müəyyənləşdirmək üçün ağ rəngli əl ağaclarından istifadə edirlər ki, bu da beynəlxalq aləmdə qəbul olunmuş nişandır. Klassik variantda isə onlar müxtəlif formalı ucluqları olan uzun elastik əl ağacından ibarətdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024