AMEA İnformasiya Texnologiyaları İnstitutunda illik hesabat iclasları başladı 2016-11-22 12:18:30 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik hesabatlarına həsr olunmuş iclaslara start verildi. İclaslarda hər bir şöbə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumat verir.  

 

Hesabat iclaslarını açıq elan edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin əhəmiyyətindən söz açdı. Bildirdi ki, əsas məqsəd şöbələrin illik fəaliyyətini qiymətləndirmək, o cümlədən qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir. 

 

Alim şöbələrin işinin daha səmərəli təşkili, elmi fəaliyyətin gücləndirilməsi və görülən işlərin keyfiyyətinin artırılması baxımından bu iclasların keçirilməsinin xüsusi önəmini qeyd etdi. Mühüm elmi problemlərin araşdırılması və innovativ nəticələrin əldə edilməsi, mütəmadi olaraq aktual məsələlərə həsr olunmuş şöbədaxili seminarların keçirilməsinin vacibliyini vurğuladı.

 

Tədbirdə, həmçinin Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024