Kənd təsərrüfatının avtomatlaşdırması üçün nəzərdə tutulmuş sistemlər bu gün bir çox ölkələrdə istifadə olunur. ABŞ-ın “FarmBot Inc” şirkəti bir müddət öncə eyniadlı robot-fermerin istehsalı üçün vəsait toplanmasını elan etmişdi.
naked-science.ru saytının məlumatında bildirilir ki, cari ilin aprel ayında Yaponiyada hər bir fermer təqaüdə çıxdığı zaman onların robotlarla əvəz olunmasını nəzərdə tutan proqram təqdim olunub. Bu məqsədlə ölkədə 20 yeni aparat növünün yaradılması planlaşdırılır.
“Tertill” adlı yeni robot günəş batareyası, akkumulyator, trimmer və yaxınlaşdırma tənzimləyicilərindən ibarət dördtəkərli qurğudur. Alaq otu aşkar edildiyi zaman robot trimmeri işə salır və onu kəsir, qurğu qarşısına çıxan istənilən bitkini alaq otu “hesab edir.”
Mütəxəssislərin sözlərinə görə, Tertill-in istehsalı zamanı o, 2 əlavə funksiya da daşıyacaq. Qurğu sahibinin smartfonuna torpaq və əkinin vəziyyəti haqqında məlumatları ötürə biləcək.
Qeyd edək ki, ixtiraçı yeni robotun istehsalı üçün “Franklin Robotics” şirkətinin əsasını qoymuşdur. O, əvvəllər “iRobot” ilə əməkdaşlıq edirdi ki, Roomba robot-tozsoranını da bu şirkətdə hazırlamışdı.