Obyekt və materialların tanınması texnologiyası təqdim olunub 2016-11-22 11:51:29 / KONFRANSLAR

Şotlandiyanın Sent-Endryus Universitetinin alimləri tərəfindən hazırlanmış texnologiya obyekt və materialları tanımaq qabiliyyətinə malikdir. Bu texnologiya kiçik radar datçikinin köməyilə əşyaları tanıyan “RadarCat” adlı qurğuda reallaşdırılıb. Yeni texnologiya bir çox potensial tətbiq imkanına malikdir, o cümlədən görmə imkanı məhdud şəxslər sözügedən texnologiyanın köməyi ilə ətrafdakı əşyaları müəyyənləşdirə biləcəklər.

 

Qeyd olunan radar datçiki ilk vaxtlar “Project Soli” layihəsi çərçivəsində “Google ATAP” əməkdaşları tərəfindən barmaqların mikro hərəkətlərini qeydə almaq üçün hazırlanmışdır.

 

4pda.ru saytının məlumatına görə, “RadarCat” qurğusunun əsasını kompüter təlimi təşkil edir ki, bu da sistemin zaman keçdikcə daha çox əşyaları, materialları və rəngləri dəqiq tanımasına səbəb olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024