Alimlər kvant kompüterlərinin işini sabitləşdirməyə nail olublar 2016-11-22 11:44:28 / KONFRANSLAR

Kubitlər - kvant kompüterlərində istifadə edilən informasiya vahidləri "supermövqe" kimi tanınan fenomeni icad ediblər. Bu o deməkdir ki,  kubitlər eyni zamanda iki müxtəlif kvant halında mövcud ola biləcəklər.

 

Bu, nəzəri olaraq adi kompüterlərlə müqayisədə daha sürətli hesablama məsələlərinin öhdəsindən gəlməyə imkan verəcək. Problem ondan ibarət idi ki, kubitlər öz-özlüyündə çox qeyri-stabil idi, bu da məlumatlarla işləməyə mane olurdu. Lakin Avstraliyanın Yeni Cənubi Uels Universitetindən olan tədqiqatçılar qrupu nəhayət ki “sözə baxmayan” kubiti adi vaxtda olduğundan 10 dəfə çox sabitləşdirməyə nail olublar.

 

“Biz yeni kvant biti yaratmışıq ki, burada bir elektronun fırladılması güclü elektromaqnit sahə ilə birləşir. Həmin bit tək elektronla müqayisədə daha çox hərəkətli və eyni zamanda uzunömürlüdür. Bu da bizə daha etibarlı kvant kompüterini yaratmağa imkan verəcək”, – deyə universitetin tədqiqatçılar komandasının üzvlərindən biri Arne Laxt bildirib.  

 

engadget.com saytının məlumatına görə, tədqiqatçılar belə kubiti mikrodalğalı tezliklərdə fasiləsiz rəqs edən maqnit sahəsinə fırlanan elektronun daxil edilməsi yolu ilə yaradıblar. Elektromaqnit sahə ilə əhatə olunmuş kubitlər informasiyanı adi vaxtda olduğundan daha uzun müddətdə saxlaya bilər. Rəqs tezliyinin dəyişiklikləri elektronun fırladılmasını nizama salır.

 

Belə yeniliklər kvant kompüterləri ideyasının populyarlaşdırılması və daha geniş yayılması üçün faydalıdır. Qeyd edək ki, “Intel” və “Google” kimi nəhəng şirkətlər artıq bu sahədə fəaliyyətə başlayıblar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024