Hollandiyada plastik yol istifadəyə veriləcək 2016-11-22 11:32:34 / KONFRANSLAR

2017-ci ilin sonunda dünyada ilk dəfə olaraq Hollandiyada plastik yolun istifadəyə verilməsi nəzərdə tutulur.

 

Avtomobil yolu asfalt kimi ağırlığa davam gətirə biləcək xüsusi modullardan hazırlanacaq. Ənənəvi yol örtüyü ilə müqayisədə, daşınması asan olan plastik modullar daha az çəkiyə malikdir, torpaq isə çökməyə az meyillidir.

 

lenta.ru saytının məlumatında bildirilir ki, konstruksiya kabellər və müxtəlif kommunikasiyaların çəkilməsi üçün boş sahələrin mövcudluğunu nəzərdə tutur. Xidmət müddətini bitirdikdən sonra modulları yenidən emal etmək və istifadəyə vermək mümkün olacaq.

 

"Hazırda bu layihənin reallaşdırılması yolunda konkret addımlar atmaq üçün “Wavin” və “Total” şirkətləri ilə birgə kifayət qədər bilik, təcrübə və resurslarımız var. Ümid edirik ki, ilk prototip 2017-ci ilin sonunda hazır olacaq”, – deyə ixtiraçılar bildiriblər.

 

Qeyd edək ki, emal edilmiş plastik kütlədən ibarət yol konsepsiyası hələ 2015-ci ildə meydana çıxmışdı. O zaman holland şirkəti ABŞ-da asfalt yollarını plastik yollarla əvəz etməyi təklif etmişdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024