Smartfona toxunmadan onu idarə etməyə imkan verən cihaz təqdim olunub 2016-11-01 10:20:00 / KONFRANSLAR

“Bluemint Labs” şirkətinin istehsalçıları tərəfindən hazırlanmış “Bixi” adlı kiçikölçülü qurğu cihazları jestlərin köməyilə məsafədən idarə etməyə imkan verir.

 

dni24.com saytının məlumatına görə, qurğunun ölçüləri 6,6x5,8 sm təşkil edir, onun daxilində son nəsil “Gorilla Glass” şüşəsi ilə qorunan optik sensor yerləşdirilib. İstənilən əşyaya bərkidilə bilən “Bixi” qurğusunu 25 metr məsafədən 8 jestin köməyilə elektron cihazları idarə etmək mümkündür.

 

Qurğu üçün mobil proqramlar vasitəsilə jestləri sazlamaq və onları hərəkətlə uyğunlaşdırmaq mümkündür. Rabitə vasitəsi kimi “Wi-Fi” və ya “Bluetooth” kanalından istifadə olunur. Daxili akkumulyatorun şarjı isə qurğunun 1 ay ərzində avtonom işləməsinə imkan verir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024