“Platforma” sualtı robotu Arktika dənizlərində uğurla sınaqdan keçirilib 2016-11-01 10:17:49 / KONFRANSLAR

Tomsk Politexnik Universitetinin alimlərinin səyiylə hazırlanmış "Platforma"  sualtı robotu Arktika dənizlərində keçirilən sınaqları müvəffəqiyyətlə başa vurub. İnsan yaşamadığı sualtı aparat qlobal istiləşməylə bağlı arktik şelfin xüsusiyyətlərini tədqiq edib.

 

planet-today.ru saytının məlumatına görə,“Platforma” robotu öncə Vladivostokda sınaqdan keçirilmiş, sonra “Akademik Lavrentyev” gəmisiylə birlikdə arktik ekspedisiyaya yollanmışdır.

 

Avtomatlaşdırılmış sualtı aparat Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin dəniz texnologiyaları problemləri İnstitutu və Tomsk Politexnik Universitetinin birgə layihəsinin nəticəsidir.

 

“Arktika şəraitində aparılan sınaqlar bizə robotun müasirləşdirməsinin əsas vektorlarını müəyyənləşdirməyə imkan verdi ki, bu da gələcəkdə yeni yüksəktexnologiyalı sistemlərin alınması ilə, funksionallığın genişləndirilməsinə səbəb olacaq”, — deyə qurğu istehsalçıları bildiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024