Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin nümayəndələri İnformasiya Texnologiyaları İnstitutunda olublar 2013-11-20 14:35:01 / KONFRANSLAR

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Liseylər üzrə Məlumat Hesablama Mərkəzinin rəhbəri Tayfun İlçinin rəhbərlik etdiyi bir qrup nümayəndə heyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub. 

Öncə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AzScienceNet Elm Kompüter Şəbəkəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Şəbəkənin İnternet, Eduroam, Cloud computing, Grid və kontent provaydinq kimi xidmətlərinin təşkili ilə bağlı aparılan işlərdən söhbət açıb. 

Sonra qonaqlar Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış olublar. 

Onlara həmçinin “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, əsasən Yaponiya və Almaniya istehsalı olan yeni genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə məlumat verilib. 

Qonaqlar institutda həyata keçirilən innovativ layihələri, texniki və təşkilati tədbirləri yüksək qiymətləndiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023