ABŞ-da məktəblilər “Lockheed Martin” şirkəti və “Framestore VR Studio”nun birgə hazırladığı xüsusi avtobusla Marsa “səyahət ediblər”.
vesti.ru saytının məlumatına görə, sərnişinləri qırmızı planetə aparan virtual avtobus aerokosmik texnologiyalarla təchiz edilib. Məktəblilər “sehirli” avtobusa daxil olduqdan sonra şəffaf şüşələr qaralır və Mars planetinin səthi meydana çıxır.
İdeya müəllifləri bildirirlər ki, onlar sözügedən avtobusu uşaqlarda elmə və kosmik səyahətlərə maraq oyatmaq üçün yaradıblar. Hazırda bu məsələ xüsusi əhəmiyyət kəsb edir, çünki yaxın onilliklərdə insanlar həqiqətən Marsa səyahət edəcəklər.