Ən sürətli dron 2016-07-27 13:12:58 / KONFRANSLAR

Amerikanın “Teal Drones” şirkəti ən sürətli pilotsuz uçuş aparatının ilkin sifarişlərinin qəbuluna başlayıb.

 

İstehsalçıların sözlərinə görə, maksimal sürəti 113 km/saat olan dron rəqibləri arasında ən “ağıllı” modellərdəndir. Kvadrokopter 4K təsvir ölçüsündə video çəkə bilən 13 meqapiksellik kamera, “NVIDIA” şirkətinin güclü “Tegra TX1” prosessoru və yüksək dəqiqlikli GPS sisteminə malikdir. İnteqrasiya edilmiş modullar qurğuya sahibini izləməyə, komanda və idarəetmə rejimlərində uçmağa imkan verir.

 

Maksimal uçuş vaxtı 20 dəqiqə olan “Teal” dronunu əlavə akkumulyatorla birlikdə 1299 ABŞ dollarına əldə etmək olar.

 

Müqayisə üçün bildirək ki, ən məşhur modellərdən biri “DJI Phantom 4” dronu 72 km/saatdan artıq sürətlə uça bilmir, lakin maksimal uçuş vaxtı 28 dəqiqədir. Qurğunun qiyməti 1399 ABŞ dolları təşkil edir.

 

hitech.vesti.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024