Yeni selfi-dron 2016-07-21 13:05:09 / KONFRANSLAR

Avstraliyalı ixtiraçı Saymon Kantor selfi-çubuğa alternativ olaraq Android və iOS əməliyyat sistemləri ilə işləyən selfi-dron hazırlayıb.

 

nanonewsnet.ru saytının məlumatına görə, kiçik ölçülərə malik dronun uçuş sürəti 25 km/saat, avtonom rejimdə uçuş vaxtı isə 25 dəqiqədir. Pilotsuz uçan aparat GPS modulu ilə təchiz edilib və maneələri asanlıqla aşa bilir. Qurğu sahibini heç bir nəzarət olmadan izləyərək çoxlu sayda selfi çəkir.

 

“ROAM-e”adlı mini dronun qiyməti 400 ABŞ dolları təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024