“Ağıllı” qapı kilidi hazırlanıb 2016-07-21 12:55:43 / KONFRANSLAR

“Microsoft” şirkəti Əşyaların İnterneti (Internet of Things – IoT) sahəsinin inkişafına xüsusi diqqət yetirir. Belə ki, şirkətin mütəxəssisləri sifətin tanınması funksiyasına malik “ağıllı” qapı kilidi hazırlayıblar.

 

Hər hansı bir şəxs sifətini kameraya yönəltdikdə sistem onun xüsusiyyətlərini skan edir, məlumat bazasında həmin şəxs haqqında informasiya aşkar etdikdə kilid açılır.

 

Mütəxəssislərin sözlərinə görə, hələ ki, qurğunun kütləvi istehsalı nəzərdə tutulmur. Hazırda ideyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

 

news.rambler.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024