Son illər 3D-printerlərin populyarlığı əhəmiyyətli dərəcədə artıb. Sözügedən texnologiyanın köməyilə yalnız sadə detallar deyil, həm də mürəkkəb konstruksiyalar hazırlanır. Bununla belə, alim və mühəndislər mövcud texnologiyaları təkmilləşdirməyə çalışırlar.
Bu yaxınlarda “Mitsubishi Electric Research Laboratories”in mütəxəssisləri tərəfindən yaradılmış 5D-printer xüsusi marağa səbəb olub.
4pda.ru saytının məlumatına görə, 5D-printer 3D-printerlərdən yüksək möhkəmliyə malik detallar hazırlamağa imkan verməsi ilə fərqlənir. “Mitsubishi Electric Research Laboratories”in mütəxəssisləri iddia edirlər ki, 5D-printerdə hazırlanmış məhsullar 5 dəfə daha möhkəmdir və onların istehsalı üçün 25 faiz daha az plastik lazımdır.