Məlumatları milyard illərlə saxlayan optik disk 2016-06-21 11:00:26 / KONFRANSLAR

Böyük Britaniyanın Sauthempton Universitetinin tədqiqatçıları CD və ya DVD diametrində optik disk hazırlayıblar. Milyard illər ərzində saxlanıla bilən daşıyıcı 360 Terabayt yaddaşa malikdir. 

 

“Наука и жизнь” jurnalının məlumatına əsasən, Sauthempton tədqiqatçıları texnologiyanın imkanlarını nümayiş etdirmək üçün diskə Bibliyanın mətnini və digər tarixi mətnləri yazıblar.

 

Daşıyıcıda olan məlumatları polyarizasiya mikroskopunun köməyilə oxumaq mümkün olsa da, istehsalçılar portativ və daha sadə oxuma cihazı yaratmaq niyyətindədirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024