“Lenovo” şirkəti elastik smartfonunu nümayiş etdirib 2016-06-14 17:56:37 / KONFRANSLAR

Çinin “Lenovo” şirkəti “Lenovo Tech World” tədbiri çərçivəsində elastik smartfon-qolbaq və bükülən planşetin prototiplərini nümayiş etdirib.

 

Şirkət nümayəndələri bildiriblər ki, bu kimi qurğuların satışa çıxarılmasına mane olan əsas səbəb elastik ekranların uzun ömürlü olmamasıdır.

 

hitech.newsru.com saytının məlumatına görə, hazırda “Lenovo” mütəxəssisləri texnologiyanın təkmilləşdirilməsi istiqamətində çalışırlar. Tam işlək və yüksək keyfiyyətə malik elastik smartfon və planşetlərin 3-4 il sonra reallığa çevriləcəyi güman edilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024