“Ağıllı” nahar masası təqdim olunub 2016-06-14 17:42:26 / KONFRANSLAR

ABŞ-ın “Sapien Stone” şirkətinin İsveçin “Kram/Weisshaar” dizayn studiyası ilə birlikdə hazırladığı “ağıllı” nahar masası təqdim edilib. “SmartSlab” adlanan masanın paneli isitmə, soyutma və müxtəlif elektron qurğuların (planşet və ya smartfon) enerji ilə doldurulması kimi bir neçə faydalı funksiyanı yerinə yetirə bilir.

 

trendspace.ru saytının məlumatına görə, masanın çəkisi 70 kq, səthinin qalınlığı isə 6 mm təşkil edir. Keramikaya masanın üzərində yerləşən düyməni sıxmaqla işə düşən isitmə və soyutma elementləri, induksiya panelləri, enerji toplama modulları inteqrasiya olunub.

 

Bildirilir ki, qida və içkilərin qızdırılması və soyudulması üçün onları “SmartSlab” masasının üzərinə düzmək kifayətdir.

 

Şirkətin mütəxəssisləri yüksək texnologiyalı masanın dünyanın bütün mətbəxlərində praktiki tətbiq olunacağına əmindirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024