Yaponiyanın “Sharp” şirkəti tərəfindən hazırlanmış robot-smartfon satışa çıxarılıb.
Qurğu telefon funksiyası ilə yanaşı, internetə qoşulmağa imkan verir, səs və sifətləri tanıyır, sərbəst şəkildə hərəkət edir. İfa və rəqs etmək qabiliyyətinə malik olan robot-smartfon insanı əyləndirir, eləcə də daxili miniatür lazer proyektorun köməyilə şəkilləri nümayiş etdirə bilir.
Qeyd edək ki, unikal qurğunun dəyəri 1800 ABŞ dolları təşkil edir.