“Google” və “Facebook” öz universitetlərini açacaq 2016-05-17 16:09:03 / KONFRANSLAR

 

Böyük Britaniyada nəhəng internet texnologiyaları şirkətlərinin şəxsi tədris ocaqlarını aça bilməsi ilə bağlı sənəd hazırlanır.

Bununla da “Google” və “Facebook” kimi aparıcı şirkətlər elmi müəssisələrin yaratmaq hüququ əldə edəcək və sonradan elmi dərəcələr verə biləcək. 

Yeni sənəd ölkədə təhsildə yenidənqurma işlərinin aparılması məqsədi daşıyır. Həmçinin qərarda ümumi qəbul olunmuş normalardan kənara çıxan təhsil mərkəzlərinin yaradılmasının təşviq edilməsinə yönəlmiş islahatlar barədə söz açılır.  

Bu, daha ixtisaslaşmış işçilərin hazırlamasına imkan verəcək, həmçinin şirkətin əməkdaşlarına ali təhsil almaq imkanı yaradacaq. 

 

ikt.lent.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024