Dünyanın ən bahalı şirkəti hansıdır? 2016-05-13 13:32:48 / KONFRANSLAR

 

ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyada ən bahalı brendlərin növbəti reytinqini dərc edib. “Apple” korporasiyası sözügedən reytinqdə yenidən birinci yeri tutub. Belə ki, “alma” şirkətinin ticarət markası “Google” ilə müqayisədə 87% daha bahadır.

“Apple” brendi 154.1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da 2015-ci illə müqayisədə 6% yüksəkdir. Nüfuzlu nəşrin nümayəndəsinin sözlərinə görə, ötən rüb gəlirlərin azalmasına baxmayaraq, “Apple” istehlak İT malları bazarında lider olaraq qalır. Korporasiya öz pərəstişkarları sayəsində ötən il 53 milyard xalis gəlir qazanıb. “Forbes” nəşri altıncı il ardıcıl olaraq “Apple” korporasiyasını ən bahalı brend adlandırır.

2016-cı ildə brendin dəyərinə (82.5 milyard dollar) görə ikinci yeri “Google” şirkəti tutub. Marketinq üzrə professor Devid Reybstayn deyir ki, “Google” unikal markadır, demək olar ki, "internetdə axtarış" anlayışının sinoniminə çevrilib.

“Forbes” nəşrinin yeni reytinqində üçüncü yeri 75.2 milyard dollar məbləğində qiymətləndirilmiş “Microsoft” korporasiyası tutub.

Cari ildə ən bahalı brendlərin siyahısında dördüncü yerdə qazlı içki istehsalçısı “Coca-Cola” (58.5 milyard dollar), beşinci yerdə isə “Facebook” (52.6 milyard dollar) sosial şəbəkəsi yerləşib.

Məlumat üçün bildirək ki, 2016-cı ildə “Facebook” ticarət markası 44% bahalaşıb. Cari ildə “IBM” korporasiyasının brendi öz dəyərinin 17%-ni itirib.

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024