"Windows 10"-un yenilənməsi ödənişli olacaq 2016-05-10 12:24:41 / KONFRANSLAR

 

“Microsoft” şirkəti əməliyyat sistemlərini dəyişmək istəyən istifadəçilərə “Windows 10”-u bu ilin yayına qədər pulsuz yükləmək imkanına malik olmaları haqqında xəbərdar edib. Yeni sistemin əsas versiyasını yükləmək istəyənlər 119 dollar ödəməli olacaqlar.

 

Şirkətin marketinq və strategiya üzrə vitse-prezidenti Yusif Mehdi bu ilin iyul ayının 29-dan sonra köhnə sistemlərini yenisi ilə əvəzləmək istəyənlərin müəyyən edilmiş məbləği ödəməli olacaqlarını bildirib.

 

Qeyd edək ki, “Windows 10”-un istifadəçilərinin sayı hal-hazırda 300 milyon nəfərdən artıqdır. Lakin şirkət rəhbərliyi yaxın iki il ərzində istifadəçilərinin sayının milyarda çatacağına ümid edirlər. 

 

hitech-news.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023