Süni intellekt ağrını müəyyənləşdirmək qabiliyyətinə yiyələnib 2016-05-06 16:27:19 / KONFRANSLAR

 

Finlandiyada yerləşən Oulu Universitetinin alimləri tərəfindən hazırlanmış süni intellekt insanın sifətindəki ifadədən ağrını müəyyənləşdirir. Alqoritm 16 ağrı səviyyəsini fərqləndirmək qabiliyyətinə malikdir.

 

Süni intellekt insanın sifətində müşahidə olunan dəyişiklikləri “oxuyaraq” onun nə zaman ağrı hiss etməsini müəyyən edir.

Yaradıcılar tərəfindən keçirilmiş tədqiqatda təxminən 200 insan iştirak edib, ona görə sistem minimum səhvə yol verməklə ağrını müəyyənləşdirməyi öyrənib.

Tədqiqatçılar süni intellekti tibb müəssisələrində istifadə etməyi planlaşdırır. Belə ki, süni intellekt xəstənin sifətində ağrı hiss edən kimi xəstəxana heyətini avtomatik xəbərdar edəcək. Bunun üçün palatalarda kameralar quraşdırmaq lazım gələcək.

 

ictnews.az

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024