Mərkəzi və Şərqi Avropa dillərindəki “Vikipediya”larda Azərbaycan həftəsi başlayıb 2016-04-26 16:17:52 / KONFRANSLAR

 

Mərkəzi və Şərqi Avropa dillərindəki "Vikipediya"larda, o cümlədən az-vikidə, 21 mart-31 may tarixləri arasında davam edən "Vikibahar 2016" məqalə müsabiqəsində bu həftə Azərbaycan həftəsidir.

 

Müsabiqədə iştirak edən digər ölkələrin vikipediyaçıları may ayının 1-dək ölkəmiz haqda bir sıra əhəmiyyətli mövzuları əhatə edən məqalələr yaradacaqlar.

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu müsabiqədə iştirak edən dillərdən hər hansı birini bilən azərbaycanlıları həmin dildəki "Vikipediya"da ölkəmiz haqda məqalələr yazmağa dəvət edir.

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024