2020-ci ildə keciriləcək olimpiadada Tokioda “ağıllı” avtobuslar işləyəcək 2016-04-26 13:37:33 / KONFRANSLAR

 

Yaponiya hökuməti 2020-ci ildə keçiriləcək Olimpiada da "ağıllı" avtobuslardan iastifadə etmək niyyətindədir.

 

Məlumata görə, hökumət sərnişinləri Olimpiya kəndindən dəmir yolu stansiyalarına və metropolitenə qədər daşıyacaq “ağıllı” avtobusların işə salınması məsələsini nəzərdən keçirir.

 

Ehtimal edilir ki, bu avtobuslar yarımavtomatik rejimdə çalışacaq. Belə ki, nəqliyyat vasitəsi yol hərəkəti iştirakçıları arasındakı məsafəni hesablayacaq, həmçinin stansiya qarşısında sürətini azaldacaq və avtomatik rejimdə saxlayacaq.

Yaponiya hökuməti bu ideyasında dayanmağı planlaşdırmır və “ağıllı” işıqforları işə salmağı planlaşdırır. Cihaz ümumi nəqliyyat axınında avtobusu müəyyən edəcək və bu nəqliyyat vasitəsi üçün “yaşıl dalğa” sistemini tətbiq edəcək. Yeni texnologiyalar ictimai nəqliyyatın hərəkətinin yaxşılaşdırılmasına, həmçinin onun işinin sürətləndirilməsinə hesablanıb. 

 

vistanews.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024