“Apple” yeni “MacBook”u təqdim edib 2016-04-22 12:50:54 / KONFRANSLAR

 

“Apple” korporasiyası ilk dəfə olaraq “çəhrayı qızıl” rəngində olan yenilənmiş “MacBook”u təqdim edib. 


“MacBook” 12 düym həcmində “Retina” displeyinə malikdir, daha uzun müddət işləyir və sürəti daha da artırılıb. Cihaz 1,3 Gh tezlikli altıncı nəsil “Intel Core M” prosessoruna sahibdir. “Turbo Boost” texnologiyası sayəsində “MacBook”un bəzi modifikasiyaları 3,1 Gh tezliyə qədər çatdırıla bilir. 
 

Şirkətin məlumatına görə, “Intel HD Graphics 515” qrafik prosessoru qrafik sürəti 25 faiz də artırıb. “MacBook”un əməliyyat yaddaşı 8 Gb təşkil edir. Həmçinin yeni “MacBook” daha sürətli fleş-yığıcıya malikdir. 

 

Noutbukun çəkisi 907 qram, qalınlığı 13,1 mm-dir. Cihazı 4 rəngdə əldə etmək mümkündür – qızılı, gümüşü, “boz kosmos” və “çəhrayı qızılı” rənglərdə. 256 geqabayt yaddaşlı “MacBook”un qiyməti 1 625 dollar, 512 geqabayt yaddaşlı noutbukun qiyməti isə 1 075 dollar təşkil edir. Artıq aprelin 19-dan cihazı “Apple”nin onlayn mağazalarından əldə etmək mümkündür.

 

ikt.lent.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024