“YouTube” canlı yayımda 360 dərəcəlik video göstərməyə başlayıb 2016-04-20 12:23:34 / KONFRANSLAR

 

“YouTube” videohostinqi 360 dərəcə görüntü bucağı ilə onlayn yayım həyata keçirməyə başlayıb.
 

ikt.lent.az-ın məlumatına görə, ilk efir aprelin 22-dən 24-dək Kaliforniyada keçiriləcək “Coachella” musiqi festivalının ikinci hissəsi zamanı baş tutacaq.
 

Hazırda tərtibatçılar yeni servisi “VideoStitch” və “Two Big Ears” proqram təminatı ilə birgə həyata keçirməyə çalışırlar. 
 

Bundan başqa, məlum olub ki, videohostinqdə VP (virtual reallıq) eynəklər üçün nəzərdə tutulmuş iki video çarxlar da peyda olub. Onların əsas xüsusiyyəti budur ki, burada səs bucaq dərəcəsindən asılıdır. Artıq saytda bu cür kontentlə xüsusi pleylist də yaradılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024