Yaponiyanın “Sharp” şirkəti yeni robotlaşdırılmış telefonu təqdim edib.
Xarici görünüşcə kiçik insana bənzəyən “RoBoFoN” dünyada ilk robotlaşdırılmış telefondur. O, gəzmək, rəqs etmək, danışmaq, şəkilləri seçmək və daxili lazer proyektorunun köməkliyi ilə onları nümayiş etdirmək qabiliyyətinə malikdir.
Telefonun bu ilin mayında satışa çıxarılacağı gözlənilir. Şirkət təxminən 5000 telefonu satmağı planlaşdırır.