İlk internet virusunun yaradılmasından 25 il keçir 2013-11-06 13:58:39 / KONFRANSLAR

2 noyabr 1988-ci ildə dünya ilk dəfə internetdə virusun olması haqqında eşidib. Belə ki, həmin gün bir günə ABŞ ərazisində 6 min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin proqramlarının məşhur boşluqlarından istifadə edərək, eləcə də mini-lüğətdən istifadəçi parollarını seçərək yoluxdurub.

 

Sonradan məlum olum olub ki, virusun müəllifi Kornell Universitetinin aspirantı Robert Morrisdir. O, ABŞ Milli Təhlükəsizlik Agentliyində çalışan atasının təkidi ilə etdiyi əməli etiraf edib. İlkin qiymətləndirməyə görə, virus 96,5 milyon dəyərində ziyan vurub, lakin buna baxmayaraq aspirant şərti cəza və kiçik məbləğdə cərimə ilə canını qurtara bilib.

 

R.Morris kodda kiçik səhvə yol verərək proqramın öz-özünün dəfələrlə surətini çıxarmasına səbəb olmaqla yoluxmuş kompüterin resurslarından tam istifadə edib.

 

Hazırda R.Morris Massaçusets Texnoloji İnstitutunun professorudur. Proqramın çıxış kodunun disketi Boston elmi muzeyində saxlanılır.

 

Qeyd etmək lazımdır ki, məhz ABŞ aliminin virusu sayəsində insanlar informasiya təhlükəsizliyi barəsində ciddi düşünməyə başlayıb, çoxmilyardlı antivirus proqramları bazarı təşəkkül tapıb, - "IT Expert” yazır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024