Yaponiyada robot orta məktəbdə uşaqlarla birlikdə oxuyacaq 2016-04-13 14:12:23 / KONFRANSLAR

Dünyada ilk dəfə olaraq Yaponiyada robot orta məktəbdə uşaqlarla birlikdə oxuyacaq.

 

“Pepper”-in orta məktəbə qəbulu münasibətilə təşkil olunan təntənəli mərasimdə uşaqlar maşın “yoldaşları” ilə ünsiyyət yarada biliblər.

 

Öz növbəsində Pepper etiraf edib ki, heç vaxt məktəbdə oxuyacağını düşünməyib və var gücü ilə çalışacağına söz verib.  

 

 Məktəbli robot yapon dilindən başqa, həm də ingiliscə danışa bilir. Buna görə də onun dil məşğələlərinə cəlb edilməsi nəzərdə tutulur.

 

“Aldebaran Robotics” və “SoftBank”-ın müştərək istehsalı olan humanoid robot  insanın hisslərini tanıyır və səs temrlərini ayırd edir. Bundan başqa, o, sahibi ilə söhbətləşir və məsləhətlər verir.  

 

koresspondent.net

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023