18 ay davam edən işin nəticəsi olaraq böyük rəssamın 3D printerinin köməyi ilə çəklimiş “növbəti Rembrandt” portreti təqdim olunub.
Yaradılan proqram rəssamın əsərlərini analiz edib və onun əsərləri üçün səciyyəvi olan üz cizgilərini tanıyıb.
Portretin yaradılmasında alimlər, proqramçılar, mühəndislər və “Microsoft” şirkətinin, Delftsk Texniki Universitetinin, Maurisius Kral Qalereyasının və Rembrandtın Ev-muzeyinin inəsənət üzrə mütəxəssisləri iştirak ediblər. Portret 148 milyon pikseldən ibarətdir və böyük rəssamın əsərlərindən olan 168 263 fraqment üzərində qurulmuşdur.
Bununla belə, layihənin rəhbəri Baz Korsten yeni Rembrandt yaratmaq niyyətində olmadıqlarını açıqlayıb. “ Biz onun əsərləri əsasında yeni bir şey yaratmaq istədik. Lakin Rembrandt Rembrandt olaraq qalır”.