İnsan beynini imitasiya edən kompyuter yaradılıb 2016-04-07 17:11:57 / KONFRANSLAR

 

ABŞ mütəxxəsisləri insan beyninə oxşar kompyuterin testinə başlayıblar.

 

16 güclü mikroprosessordan ibarət olan yeni superkompyuter insan beynin sxemini imitasiya edir.

 

Kompyuterin hazırlanmasında alimlər TrueNorth adlı yeni çipdən istifadə ediblər. Onun əsas prossesoru ən mürəkkəb məsələləri həll etmyə imkan verir. İBM korporasiyasının təqdim etdiyi bu  çip üzərində mütəxxəsislər 12 il işləməli olublar. Şirkətdən bildiriblər ki, bu texnologiyadan kommersiya məqsədilə ancaq 5 ildən sonra istifadə etmək mümkündür.

 

Alimlər hələ ki, tamamilə insan intellektinin oxşarını yaratdıqlarını bəyan etməyə tələsmirlər. Onlar testin nəticəsini gözləməyə üstünlük verirlər.

 

Şirkətdən bildiriblər ki, yeni superkompyuterin hazırlanmasına bir miyon dollardan artıq vəsait sərf edilib.

 

www.hi-tech.ru 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024