AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclasında iddiaçı Ali Amoojinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda dissertasiya işi müzakirə olunub. İddiaçı işin aktuallığı, məqsədi və bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırıb.
İddiaçı qeyd edib ki, dissertasiya işinin məqsədi nevroloji xəstəliklərin dəqiq diaqnozunun qoyulması, onların proqnozunun verilməsi, eyni zamanda yeni metod və alqoritmlərdən istifadə etməklə müalicə ardıcıllığının sistemli şəkildə aparılmasına imkan verən ekspert sisteminin qurulmasıdır.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru, professor Bayram İbrahimov və texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova mövzunun aktuallığını önə çəkərək müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər, irad və təkliflərini səsləndiriblər.
Sonda dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olunub.