Sonra iddiaçı Möhübbət Əhmədov 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırıb.
Dissertasiyaya dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru, professor İsmayıl İsmayılov və texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova çıxış edərək işin müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər, irad və təkliflərini səsləndiriblər.
Sonda dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olunub.