Yeni bankomat mühafizə sistemi nümayiş olunub 2016-04-05 13:30:59 / KONFRANSLAR

Aprelin 4-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Money 20/20” konfransında Amerikanın “Diebold” şirkəti yeni bankomat mühafizə konsepsiyasını nümayiş etdirib.

 

Yeni  konsepsiya “CryptoTouchTM” istifadəçinin bankomatın ekranına daxil etdiyi PİN-kodu şifrələməyə  imkan verir. Bu zərurət bankomat və ödəniş terminalları istehsalçıları mexaniki klaviaturadan imtina edərək sensorlu klaviaturaya keçdikdən sonra yaranıb.

 

Proqram kart sahiblərinə bankomat və ödəniş terminallarından təhlükəsiz istifadəni təmin edən və 2014-cü ildə “Diebold”-un mülkiyyətinə keçən “Cryptera” şirkəti tərəfindən hazırlanıb..Şirkət ödəniş təhlükəsizliyi sferasında, xüsusilə PİN kodun şifrələnməsi texnologiyası sahəsində aparıcı proqram təchizatçısıdır.

Konfransda, həmçinin ekransız, klaviaturasız və kart keçid yeri olmayan bankomat da nümayiş etdirilir.

www.psm7.com

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024