Yaponiyada ilk dəfə olaraq gövdə hüceyrələrindən dərinin üst qatı yetişdirilib 2016-04-04 16:47:09 / KONFRANSLAR

 

Yaponiyanın Fizika və Kimya Tədqiqatları İnstitutunun əməkdaşları ilk dəfə olaraq induksiya edilmiş gövdə hüceyrələrindən (iPS) insan dərisinin üst örtüyünü və tük soğanaqlarını yetişdirə biliblər.

 

Tədqiqat zamanı tük örtüyü olmayan siçana təxminən 30 gövdə hüceyrə qrupu köçürülüb. Bir ayadan sonra dəri piy qatı yaranmağa  başlayıb və siçanın dərisi tüklə örtülüb.

 

Qrupun rəhbəri Sudzi Takasi bildirib ki, gövdə hüceyrəsinin köməyi ilə insanın bütün orqan və yaxud toxumalarını yetişdirmək mümkündür. “Bu elmin inkişafında böyük addımdır. Araşdırmamızın əsas məqsədi ağır yanıqlar halında transplantasiya edilməsi mümkün olan gövdə hüceyrələrindən insan dərisinin yetişdirilməsi üsullarının tapılmasıdır”.

 

Bununla belə, bəzi mütəxxəsislərin fikrincə,  gövdə hüceyrələrinin köçürülməsi  zamanı orqanizmdə  bədxassəli şişlərin yaranması da qaçılmazdır.

 

www.tacc.ru 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024