AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin veb-saytı hazırlanır 2016-04-01 13:25:38 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) veb-saytı hazırlanır.

 

Veb-saytın yaradılmasında əsas məqsəd Tədris-İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətləri, burada həyata keçirilən müxtəlif innovativ layihələr, göstərilən xidmətlər və təşkil olunan treninqlər, kurslar, sertifikatlaşdırma və s. haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.

 

TİM-in veb-saytında respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi, imtahanların qəbulu, qaydalar və tələb olunan sənədlər, AMEA-nın doktorant və dissertantlarının fəlsəfə üzrə doktorluq imtahanları, AMEA-nın doktoranturasına fəlsəfədən qəbul imtahanları, AMEA-nın magistrantlarına informatika və ümumi fənlər üzrə dərslərin tədrisi və semestr imtahanları, imtahan prosesinə test texnologiyalarının tətbiqi, informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif istiqamətləri üzrə mərkəzin əməkdaşları tərəfindən aparılan fundamental elmi-tədqiqatlar, onların müəllifi olduqları kitablar, Azərbaycan Respublikası Prezidenti və AMEA Rəyasət Heyəti tərəfindən İKT sahəsində qəbul edilmiş rəsmi sənədlər və institutla əlaqədar qərarlar, eləcə də dünya və ölkə üzrə İKT məkanında baş verən texnoloji yeniliklər, mərkəzin müxtəlif təşkilatlarla əməkdaşlığı, müvafiq linklər və digər məlumatların əks olunması nəzərdə tutulur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023