İnsanın daxili orqanlarını göstərən futbolka yaradılıb 2016-03-31 16:15:25 / KONFRANSLAR

Smartfon vasitəsilə insanın daxili orqanlarını göstərən futbolka yaradılıb.

 

Layihə müəllifləri bildiriblər ki, insan anatomiyasını real obyektlər əsasında öyrənmək mümkündür. Onlar belə hesab edirlər ki, bu proqram məktəblilər üçün daha maraqlı olacaq.

 

İnsanın daxili orqanlarına baxmaq üçün Virtuali-Tee proqramını smartfon, yaxud da planşetə yüklədikdən sonra şifrələnmiş şəkilli futbolkanı geyinmək kifayətdir.

 

Futbolkanın üzərindəki xüsusi şifrəni skan etdikdən sonra proqrama daxil olmaq mümkündür.

 

Bundan sonra görüntü qurğunun ekranına 3D keyfiyyətində ötürülür. Şəkillərin dinamikasını qurğunu insanın bədəninə yaxınlaşdırıb və uzaqlaşdırmaqla nizamlamaq mümükündür.

 

Virtuali-Tee iOS və Android platformasında işləyən istənilən smartfon və planşetlər, həmçinin virtual reallıq eynəkləri üçün əl çatandır.

 

www.hi-tech.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024