AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Day.Az saytına müsahibə verib.
– Rasim müəllim, zəhmət olmasa, rəhbərlik etdiyiniz institut tərəfindən informasiya texnologiyaları sahəsində həyata keçirilən araşdırmalar barədə məlumat verərdiniz.
– İnformasiya texnologiyaları və informasiya cəmiyyəti sahəsində elmi-nəzəri tədqiqatların aparılması institutun əsas fəaliyyət istiqamətlərindəndir. Biz öz fəaliyyətimizi dövlət maraqlarını, onun siyasətini, təhlükəsizliyini və sosial-iqtisadi tələblərini rəhbər tutaraq həyata keçiririk, yəni dövlətimiz üçün mühüm əhəmiyyətə malik aktual elmi problemlərlə məşğul oluruq.