ABŞ-ın Nevada ştatında ilk pilotsuz poçt çatdırılması yerinə yetirilib. Çatdırılma dron ıstehsalı üzrə ixtisaslaşmış Flirtey şirkəti tətfindən həyata keçirilib. Şirkətin mütəxəssisləri uçuş üçün altımühərikkli aparat hazırlayıblar.
Dron əvvəlcədən proqramlaşdırıldığı kimi 1 kilometr məsafədə uça bilib. Bağlamaya bir butulka su, ilk yardım üçün dərman preparatları və qida daxil edilib. Şirkətdən bildiriblər ki, artıq pilotsuz aparatla sınaq kənd yerlərində aparılıb. Çoxlu sayda yaşayış binalarının və digər tikililərin olması aparatın şəhərlərdə manevr etməsini çətinləşdirir.
Şirkətdən bildiriblər ki, yeni texnologiya bağlamaların öz ünvanlarına təhlükəsiz çatdırılmasına imkan yaradır.
Artıq ABŞ-dakı bir sıra poçt şirkətləri kiçik yüklərin pilotsuz çatdırılma imkanlarından istifadəni araşdırırlar. Hazırda ABŞ hökuməti pilotsuz yükdaşımaları üçün azad səmanın yaradılması imkanları üzərində işləyirlər.