Fransada birinci tip şəkər xəstələri üçün nəzərdə tutulan süni mədəaltı vəz aparatı sınaqdan keçirilir. Aparat avtomatik olaraq qanda şəkərin və insulinin qəbulunun miqdarını müəyyən edir.
Diabeloop-süni mədəaltı vəz bütün prosesləri avtomatlaşdıraraq şəkər xəstələrinin həyat tərzinin yaxşılaşmasına kömək göstərir. Kiçik qutu formasında olan qurğu xəstənin mədəaltı vəz nahiyəsinə quraşdırırlır. Aparatdakı smartfonun köməyi ilə idarə edilən Bluetooth-модул xəstələrə insulinin və qidanın qəbulu vaxtlarını tənzimləyə imkan verəcək.
Hal-hazırda qurğu doqquz fransız klinikasındakı xəstələr üzərində sınaqdan keçirilir. Sınaxta 15 birinci tip xəstə cəlb edilib. Lakin alimlərin fikrincə, gələcəkdə onların sayı ciddi şəkildə artacaq. Əgər sinaq uğurla başa çatsa, o zaman aparat 2017-ci ilin sonunda satışa çıxarılacaq.
İxtira müəllifləri ümid edirlər ki, Diabellop təkcə xəstələrin həyat tərzlərini yaxşılaşdırmağa deyil, həm də onların qospitəlizə edilmələrinin qarşısını ciddi şəkildə almağa kömək edəcək.