Yeni pilotsuz uçan aparat ABŞ-ın Con Hopinks Universitetinin Tətbiqi Fizika Laboratoriyasında hazırlanıb.
Təqdim edilən dron iki ay suyun altında qaldıqdan sonra oradan işlək vəziyyətdə uçaraq çıxa bilib. Mühəndislər aparatın hazırlanmasında korroziyaya məruz qalan ağır və bahalı metalların istifadəsindən imtina ediblər. Kvadrokopterin konstruksiyası 3D printerinin köməyi ilə çap olunmuş, onun mexanizmini sudan qoruyan detallardan hazırlanıb.
Mütəxəssislərin sözlərinə görə, bu aparatın hazırlanmasına çəkilən xərci minumuma endirib.
Alimlər belə hesab edirlər ki, onların ixtiraları ilk növbədə hərbi dairələr üçün maraqlı olacaq.