Avropa Kosmik Agentliyi (AKA) kiçik peyklər üçün ikigüzgülü antenləri sinaqdan keçirib. İlk dəfədir ki, antenlər agentlik tərəfindən 3D printerində çap edilib. Agentliyin yaydığı pres-relizdə bildirilir ki, hazırlanmış antenlər böyük bürclərin kiçik peyklərlə tapılmasında tətbiq olunacaq.
Antenin əsas karkasının iki reflektoru və işıqlandırıcı elementinin bir hissəsi adi 3D printerinin köməyi ilə çap edilib. Anteninin öz funksiyalarını yerinə yetirməsi üçün sonradan o mis təbəqə ilə örtülüb.
Hamar səthlə yanaşı, üçölçülü model onların elektromaqnit dalğaları ilə qarşılıqlı əlaqələrini etibarlı modelləşdirməyə imkan verir ki, bu da qurğunun dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.
Birinci mərhələdə iki tip anten sinaqdan çıxarılıb. Növbəti addımlarında proqramçılar daha mürəkkəb həndəsə əsasında qurulmuş və daha yüksək tezlikdə işləyən qurğu yaratmaq niyyətindədirlər. Antenlər santimetrlik diapozanda 14,5 Gh tezlikdə sinaqdan keçiriliblər.