Alimlər süni ürək toxuması yaradıblar 2016-03-17 11:59:21 / KONFRANSLAR

 

Təl-Əviv Universitetinin elmi əməkdaşları elektroaktiv polimerlərdən süni ürək toxuması yaradıblar. Müəlliflərin sözlərinə görə, toxumalar pasiyentlərə on-layn rejimdə müalicə almağa kömək edəcək.

 

Həkim-kardioloqlar internet vasitəsilə pasiyentin ürəyinə nəzarət edə biləcəklər. Bu unikal “yamaq” birbaşa xəstənin ürək əzələsinə qurulur. O ürək hüceyrələrinin işləmə imkanlarını artıtır, ona əlavə impulslar verir.

 

Yaxın zamanlarda müəlliflər həkimin köməyi olmadan insanın sağlamlığına nəzarət edə bilən süni toxumalar da yaratmağı düşünürlər.

 

Söhbət iltihab əleyhinə və oksigen çatışmazlığı zamanı qan axınını artıran preparatları əvəz edən süni hüceyrələrdən gedir.

 

 

www.planet-today

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024