Amerikalı alimlər insan DNT-dən kopyuterlər üçün çiplər hazırlamağı düşünürlər.
Bu məqsədlə onlar DNT-dən hazırladıqları boş silindrin içərisinə qızıl nanohissəciklərini yerləşdirməyə müvəfffəq olublar. Müəlliflərin fikrincə, bu, sadə və ucuz kompyuter çiplərinin hazırlanması istiqamətində atılan cox ciddi addımdır.
Əvvəlcədən müəyyən olunmuş çərçivə formasını yaratmaq üçün alimlər DNT-oriqami texnikasından istifadə ediblər. Oriqami-strukturun hazırlanmasına DNT molekulunun uzun birzəncirli sintezindən başlanılıb. Sonra ona qısa DNT zənciri əlavə etməklə uzun zəncirin müxtəlif hissəcikləri arasındakı əlaqə tamamlanıb.
Tədqiqatçılar belə hesab edirlər ki, əgər iki ölçülü strukturdan üçölçülüyə keçilərsə kompyuter çiplərini daha kompakt hazırlamaq mümkündür. Məsələn, müasir kompyuter çiplərinin ən kiçik hissəciyinin ölçüsü 14 nanometrdir. Bu birzəncirli DNT molekulunun enindən 10 dəfə artıqdır.
Layihənin başçısı Adam Vuli belə hesab edir ki, DNT kompyuter çiplərinin hazırlanmasına çəkilən xərci ciddi şəkildə azalda bilər.