Ən sürətli SSD hazırlanıb 2016-03-11 16:04:42 / KONFRANSLAR

 

Amerikanın “Seagate Technology” şirkəti  ən sürətli sərt disklərin hazırlandığını açıqlayıb. Verilənlərin ötürmə sürəti 10 Qb/s olan SSD-lərin (Solid State Drive — SSD) seriyalar üzrə bu ilin yayında buraxılması nəzərdə tutulur.  

 

Şirkətdən bildiriblər ki, yeni SSD əvvəlkindən 4 Qb/s sürətlidir.

 

Yeni SSD PCI Express (PCIe x16) 16 xətti ştepseldə yerləşdirilib. Bundan başqa, şirkət 8 xətti ştepsellər üçn daşıyıcı istehsal edib ki, onun da sürəti 6,7 Qb/s-dir. Bu  oxşar interfeysə malik daşıyıcılar arasında ən sürətlisidir. Yeni fləş-daşıyıcı Non-Volatile Memory Express (NVMe) protokolunu dəstəkləyir.

Qeyd edək ki, bu günlərdə “Samsunq” şirkəti rekord tutuma malik fləş-daşıyıcını təqdim etmişdir. Müqayisə üçün qeyd edək ki, ən rekord tutumlu “Samsung PM1633a” modelinin sürəti isə 1,2 Qb/s-dir.

 

www.cnews.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024