Microsoft şirkəti uzaq məsafədən on-layn iclas və konfransların aparılması zamanı yaranan problemləri aradn qaldırmağı təklif edib. Şirkət bu məqsədlə “Rigel” xüsusi layihəsini hazırlayıb.
Şirkətin nümayəndələri bildiriblər ki, "Windows" və və "Skype"-ın biznes-versiyasının bazası əsasında yardılan qurğular konfransları yeni səviyyədə keçirməyə imkan verəcək. Layihə artıq müxtəlif qurğular hazırlayan istehsalçılar tərəfindən dəstəklənib. Xüsusilə, Polycom və Logitech şirkətləri layihəni zəruri avadanlıqlarla, konfransəlaqə üçün stansiya və veb-kameralarla təmin etmək niyyətindədirlər.
Qeyd edək ki, Project Rigel sistemi əsasında ilk belə konfransın bu ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulur.