Android sisteminin yeni beta-versiyası buraxılıb 2016-03-09 12:16:07 / KONFRANSLAR

 

Çinin Jide Technology şirkəti Remix OS for PC əməliyyat sisteminin yeni beta-versiyasını buraxıb. Stolüstü kompyuterlər və noutbuklar üçün nəzərdə tutulan yeni beta-versiya İntel prosessorlu və AMD x86 arxitekturludur.

 

Android sisiteminin yeni stolüstü versiyası Google Play-in bütün tətbiqi proqramlarını dəstəkləyir, siçan və klaviatura ilə təchiz edilib.

 

Əməliyyat sistemini sərt disklərə və fləşkartlara köçürmək mümkündür. Sistem sərt disklərə köçürülərkən cari konfiqurasiyanın saxlanılması və yüklənəcək əməliyyat sisiteminin (Windows 7, 8 və 10) seçilməsi mümkündür. Yeni versiyanın qurulması üçün ən azı 8 Qb boş yer olmalıdır.

 

Remix OS for PC Android  sisteminin ən uğurlu stolüstü versiyasıdır.

 

www.cnews.ru

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020